Baş nazirin qardaşı istefa verdi

05-09-2019 [15:08]
Böyük Britaniyanın baş naziri Boris Consonun qardaşı Co Conson dövlət naziri vəzifəsindən istefa verib.

O, vəzifəsindən ayrılmaqla bağlı qərarını "Twitter” sosial səhifəsində açıqlayıb.

C.Conson istefasının səbəbini ailə ilə milli maraqlar arasındakı seçimlə əsaslandırıb.

Qeyd edək ki, Cozef Edmund "Co” Conson 1971-ci il dekabrın 23-də Londonda anadan olub. 2010-cu ildən parlamentin üzvüdür. 2015-2018 və 2019-cu ildə universitetlər və elmi işlər üzrə kiçik nazir vəzifəsində işləyib/Report.


SON XƏBƏRLƏR