PA-nın şöbə müdirinə yeni vəzifə verildi - Təyinat

05-09-2019 [14:49]
Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinə direktor təyin edilib. 

Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə qurumun direktoru Rövşən Nəcəf təyin olunub.

 Faktı "Report”a hökumətdən təsdiq ediblər.

Xatırladaq ki, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub.

Onu da bildirək ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə Vergilər Nazirliyinə verilib.


SON XƏBƏRLƏR