104 şəhid ailəsinə birdəfəlik kompensasiya verildi

img

05-09-2019 [12:23]


Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Mia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla bildirir ki, komissiyanın növbəti iclasında daha 104 şəhidin 162 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 507 şəhidin 17 111 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib.

Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 94 faiz icra olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR