İkram Rəhimov aclıq aksiyasını dayandırıb - Rəsmi açıqlama yayıldı

img

05-09-2019 [11:40]


Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İkram Rəhimovun aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatmasi barədə yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan açıqlamada bildirilib ki, son günlər ərzində sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında saxlanılan məhkum İkram Rəhimovun həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatması barədə məlumatlar yer almaqdadır.

Penitensiar xidmət bildirir ki, məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırıb və qida qəbuluna başlayıb: "Onun səhhəti ilə bağlı hər hansısa bir problem yoxdur".

Xatırladaq ki, İ.Kərimov "Reallıq.info" saytının Baş redaktorudur. O, DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR