Biləsuvarda yol qəzası baş verib, sürücü avtomobilin ön şüşəsindən çölə düşüb

img

05-09-2019 [10:59]


Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb. Qəza nəticəsində sürücü Firdovsi Alməmmədli ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, zərbənin təsirindən sürücü avtomobilin ön şüşəsindən çölə düşüb. Hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilir. 

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR