"Qalatasaray" "Real"la oyuna bu futbolçularla çıxacaq - Siyahı

04-09-2019 [22:30]
Türkiyənin "Qalatasaray" komandası Çempionlar Liqasındakı qrup mərhələsinin oyunları üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

Mia.az xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim siyahıya 20 oyunçu daxil edib.

Heyətdə qapıçılar Fernando Muslera, Okan Koçuk, müdafiəçilər Şener Özbayraklı, Mariano Ferreyra, Kristian Luyindama, Markao, Ömer Bayram, Yuto Naqatomo, yarımmüdafiəçilər Jan Mikael Seri, Stiven Nzonzi, Mario Lemina, Selçuk İnan, Sofyan Fequli, Rayan Donk, Adem Büyük, Yunes Belhanda, hücumçular Rayan Babel, Florin Andone, Emre Mor və Radamel Falkao yer alıblar.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid" (İspaniya), "Paris Sen-Jermen" (Fransa) və "Brügge" (Belçika) ilə qarşılaşacaq.

Xatırladaq ki, İstanbul klubu yay transfer pəncərəsinin bağlanmasına az qalmış "Monako"dan Radamel Falkaonu, İngiltərənin "Sauthempton"dan Mario Lemina və "Brayton"dan Florin Andoneni transfer edib.


SON XƏBƏRLƏR