“Azərbaycan gözəli” seçilən Aygün Babayeva danışdı: "Bizim millət silikon dodağa, botokslu üzə..."

04-09-2019 [19:18]
Ötən günlərdə "Azərbaycan gözəli” başlığı altında şəkili sosial şəbkələrdə söz-söhbətə səbəb olan model Aygün Babayeva danışıb.

Mia.az Bizimyol.info-ya istinadən xəbər verir ki, ötən günlərdə "Azərbaycan gözəli” başlığı altında şəkili sosial şəbəkələrdə paylaşılan model deyilən fikirlərə reaksiya verib.

A.Babayeva "bizim millət silikon dodağa, botokslu üzə, düzəlmə buruna, tatuajlı qaşlara öyrəşib. Ona görə, yəqin mənim kimi insanı qəbul edə bilməyiblər. Məndə nə varsa odur. Kim belə bəyənir, qəbul edirsə, etsin. Məndə nə varsa, odur. Etmirsə də, öz işidir”, – deyib.

Model sosial şəbəkələrdə onun haqqında yayılan söz-söhbətdən gec xəbər tutduğunu deyib. Əlavə edib ki, bu pulla olan bir şey deyil. Onun seçilməsi münsiflərin seçimi olub. 

Model "mən uyğun olmasaydım seçilməzdim” deyə əlavə edib.


SON XƏBƏRLƏR