"Kristal Abşeron" metronun çıxışında bina tikdi: camaat etiraza qalxdı - Deputat nə etmək istəyir? + VİDEO

04-09-2019 [17:36]
Bakı şəhəri, Binəqədi rayonu, metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında yaşayan və gündəlik həmin ərazidən keçən sakinlər tikinti aparılan binada təhlükəsizlik tədbirlərinin görülməməsindən şikayətçidirlər.

 Onlar tikinti zamanı kranda baş verə biləcək xırda nasazlığın, fəhlələrin ehtiyatsızlığının, habelə digər hadisələrin faciəyə səbəb olacağından narahatdırlar.

Mia.az xəbər verir ki, "Report” əməkdaşları adıçəkilən əraziyə baş çəkib və sakinlərin fikirlərini öyrənib.

Tikinti aparan "Kristal Abşeron" şirkəti məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Xatırladaq ki, sözügedəın şirkət deputat Ağalar Vəliyevindir.




SON XƏBƏRLƏR