“Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir

img

04-09-2019 [11:40]


Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş "Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsinə start verilir.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, ASAN xidmət, Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq düşərgə sentyabr 5-dən 10-dək Beyləqan hərbi birliyində gerçəkləşəcək.

Hərbi simulyasiya formatında həyata keçiriləcək bu layihə çərçivəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.

"Hərbiyyə” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 4-cü düşərgədir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR