"KapitalBank"ın BirKart fırıldağı: "Əməliyyatları dayandırsam da..." - FAKTLAR

img

04-09-2019 [09:23]


"Belə çıxır ki, heç nə xərcləməsəm də, "Kapital Bank" mənə BirKart istifadəçisi olduğum üçün hər ay 0.39 AZN pul verəcək. Guya avqust ayında xərclədiyim pula görə, mənə CASHBACK edib. Əslində isə vermir". 

Mia.az xəbər verir ki, bu sözləri PR və marketinq üzrə mütəxəssis Nəsimi Paşayev deyib.

O bildirib ki, çünki mobil tətbiqdə məbləğ dəyişmir: "Bu da o deməkdir ki, bu bank, həm də çox gözəl yalançıdır. Sonra da deyirsiniz qərəzli yanaşmadır. Çağırın o səlahiyyət sahiblərini, açıqlasınlar".

Paşayev deyib ki, kartla əməliyyatları keçən dəfəki fırıldaqlarına görə dayandırsa da, kartı bağlatdırmayıb: "İstədim, amma dedilər get-gəl eləməlisən, ona görə".



Digər xəbərlər
SON XƏBƏRLƏR