“Bizim həyət”də həvəskarlar arasında NƏRD yarışı keçirilib - FOTOLAR

img

03-09-2019 [23:07]


Ahıllara və müharibə veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər davam edir. 

Mia.az xəbər verir ki, bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha qoca və ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

Növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən  Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda rayonun  ahıl sakinləri və Qarabağ müharibəsi veteranları iştirak etmişdilər.

Nərd yarışı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində istifadəyə verilmiş Nəsimi rayonu, Moskva prospekti  46, 48, Cavadxan küçəsi 1 saylı ünvanlardakı həyətdə təşkil edilib keçirilmişdir.

Sakinlərin asudə vaxtlarının rahat, maraqlı və səmərəli keçirilməsi, istirahət etmələri üçün hər cür şərait yaradılmış "Bizim həyət”də  Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev Nərd yarışının iştirakçılarını  oyunun Əsasnaməsi ilə tanış etmiş və yarışa start vermişdir.

Veteranların iştirakı ilə 2 saat davam edən  yarışın qalibləri  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla  mükafatlandırılmışlar.












Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR