03-09-2019 [16:50]
Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iclasda ölkədə bərpa olunan enerji sahəsində əldə olunan nəticələr, bu sahədə qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla mövcud potensialdan istifadənin genişləndirilməsi, qarşıda duran prioritet vəzifələr, eləcə də 2019-cu ilin birinci yarısı üzrə nazirlik tərəfindən görülmüş işlər və nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.
Energetika sahəsində aparılan əsaslı islahatlardan bəhs edən kollegiyanın sədri Energetika naziri Pərviz Şahbazov energetika sektorunun inkişafı ilə bağlı qəbul edilmiş strateji sənədlərdə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı gücü portfelinin şaxələndirilməsi, sahəyə özəl investisiyaların cəlb edilməsi istiqamətində mühüm vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb. Bildirilib ki, "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi artıq hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin yaxın vaxtlarda təqdim edilməsi nəzərdə tutulur.
İclasda ölkədə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud vəziyyətə dair məruzə dinlənilib. Bərpa olunan enerji potensialı, müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, sahənin investisiya qoyuluşu üçün əlverişliliyinin təmin edilməsi, təşviq mexanizmlərinin müəyyənləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, beynəlxalq şirkətlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
Kollegiya iclasında həmçinin 2019-cu ilin birinci yarısının yekunları üzrə hesabat dinlənilib. İcra intizamı, icazələrin verilməsi, inzibati xətalar, vətəndaşların qəbulu və müraciətlərə baxılması ilə bağlı görülmüş işlər, eləcə də Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.
Yekunda nazir Pərviz Şahbazov 2019-cu ilin ikinci yarısında görüləcək işlər və qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI