Bakıda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub - FOTO

03-09-2019 [16:01]

Bakının Nərimanov rayonunda Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulub.

Mia.az-ın xəbərinə görə, rayonda A.Aqarunovun adına küçə də verilib.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Xatırladaq ki, Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.

Bu il şəhidin 50 illik yubileyidir.



SON XƏBƏRLƏR