Ağsuda “Azəriqaz”a işə düzəltmək adı ilə dələduzluq edilib

03-09-2019 [15:02]
Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu bildirilib.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat köçürülməsi təklif edilib.

 Bu vəsaiti hesaba mədaxil edən Ağsu rayonu Kalva kənd sakini RQİİ-yə gələrək idarənin rəhbərliyi ilə görüşüb və aldadıldığını bildikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin İnsan Resursları Departamenti tərəfindən həyata keçirilir. Şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlar isə rəsmi veb-səhifəsində yerləşdirilir. 


SON XƏBƏRLƏR