Patruşev Ramil Usubovla nələri müzakirə edəcək? - Rusiya TŞ-inin rəhbəri Bakıya gəlir

03-09-2019 [11:52]
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək. 

TASS xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.  

"Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. 

O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və  bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək", - Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir/Report.


SON XƏBƏRLƏR