SOCAR-ın işçilərinin maaşı artımı təsdiqləndi - Rövnəq Abdullayev əmr imzaladı

02-09-2019 [17:41]
Prezident İlham Əliyevin əhlinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% artırılıb.

Mia.az SOCAR-a istinadla xəbər verir ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürəni kimi,  50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.

Xatırladaq ki, bu barədə ilk xəbəri hələ avqustun 3-də Mia.az saytı yayıb.

Həmin xəbərlə bu linkdən tanış ola bilərsiniz:

http://www.mia.az/w948054/.../

Mia.az


SON XƏBƏRLƏR