Balakən polisindən narkotacirlərə qarşı silsilə əməliyyatlar - Xeyli şəxs tutuldu

02-09-2019 [16:05]
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dəstə saxlanılıb.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu-əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini, onların qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə ifşa olunub.

Məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin əkini və onların qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Eldar Mustafayev və tanışı Zahid Dibirov şübhəli şəxs qismində saxlanılıb.

E.Mustafayevin yaşadığı evə baxış keçirilən zaman zirzəmidən bir ədəd çantada 886 qram qurudulmuş marixuana, 2 ədəd sellofan bükümdə 14,151 qram tiryək, eyni zamanda pnevmatik tapança, bir ədəd tüfəng patronu aşkar edilərək götürülüb. 

Keçirilən tədbirlərin davamı olaraq E.Mustafayev Z.Dibirov və digər 3 nəfər tanışı ilə qabaqcadan əlbir olaraq meşəlik ərazidə qanunsuz olaraq əkib-becərdikləri 339 ədəd narkotik tərkibli çətənə bitkiləri və həmin bitkilərdən əldə etdikləri 215 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. 

Tədbirlər davam etdirilir.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri əvvəllər məhkum olunmuş Rauf İsmayılov, Ramil Qandayev, şəhər sakinləri İlham və Ramiz Mahatovlar, Zülfüqar Xəlilov və Ceyhun Namazov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək polis şöbəsinə gətiriliblər.

Onların əvvəlcədən bir qrup şəxs halında birləşərək dağlıq ərazidə çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduqları aşkar edilib və həmin əraziyə baxış keçirilən zaman oradan yaş vəziyyətdə 163 kq-a yaxın olan çətənə bitkiləri, həmin ərazinin kənarından 1 kq 446 qr qurudulmuş marixuana və 985 qr quru vəziyyətdə çətənə bitkisinin budaq və saplaqları aşkar edilərək maddi sübut kimi götürülüb. Bu cinayət əməlində iştirak edən digər şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Balakən polisinin keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisindəki dağ-meşə massivində 215 ədəd çətənə bitkisi, həmin sahənin kənarında yerə qurutmaq üçün sərdikləri ümumi çəkisi 8 kq-dan artıq qurudulmamış marixuana aşkar edilib. Keçirilən tədbirlərlə həmin ərazidə narkotik vasitələr becərən və saxlayan şəxslərin qohumlar Elşad və Elman Hacıyevlər, Cuma Əhmədov və rayonun Gərəkli kənd sakini Məhəmməd Xanayev olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.


SON XƏBƏRLƏR