UEFA Gənclər Liqası: "Qəbələ"nin potensial rəqibləri müəyyənləşdi

02-09-2019 [14:48]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Qəbələ”nin potensial rəqibləri dəqiqləşib.

Mia.az xəbər verir ki, Avropa futbol qurumu sentybarın 3-də baş tutacaq ərəfəsində Çempionlar Yolunda mübarizə aparacaq komandaları coğrafi prinsiplərə əsasən 4 səbətə bölüb.

Beləliklə, "Qəbələ”nin potensial rəqiblərinin sayı 7-yə enib. "Qırmızı-qaralar” püşkatmada "Saraqosa” (İspaniya), "Portu” (Portuqaliya),APOEL (Kipr), "Korona” (Polşa), "Şerif” (Moldova), "Şkendiya” (Albaniya) və "Zrinski” (Bosniya və Herseqovina) ilə birgə 1-ci səbətdə yer alacaq və I mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Yolunun püşkatması isə sentyabrın 3-də keçiriləcək və saat 16:00-da start götürəcək. Püşkatma ərəfəsində komandalar arasında coğrafi prinsiplərə əsasən, bölgü aparılacaq və "Qəbələ"nin potensial rəqiblərinin sayı 7-yə enəcək.

Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər.

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 finalın görüşləri isə 17 - 18 mart keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.


SON XƏBƏRLƏR