Azərbaycan millisi Uels və Xorvatiya yığmaları ilə oyunların hazırlığına start verəcək

img

02-09-2019 [12:38]


Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəyi oyunların hazırlığına start verəcək.

"Report” xəbər verir ki, saat 18:30-da Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində start götürəcək ilk qapalı məşqdə komandaya dəvət olunan 22 futbolçudan 21-i iştirak edəcək. Almaniyanın "Aue” klubunda çıxış edən Dmitri Nazarov bu gün axşam düşərgəyə gələcək.

Milli sentyabrın 3-də və 4-də baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında daha 2 məşqə çıxacaq. Həmin məşqlər müvafiq olaraq saat 18:30 və 11:00-da başlayacaq.

Komanda sentyabrın 4-də, saat 17:40-da Uelslə oyun üçün çarter reysi ilə Bakıda Kardiffə uçaqacaq. Milli oyundan dərhal sonra vətənə dönəcək.

Qeyd edək ki, Uels yığması ilə Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiya kollektivi ilə "Bakcell Arena”dakı qarşılaşma isə saat 20:00-a təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR