Masallıda keçmiş məhkum tutuldu - Traktorlardan oğurluğa görə

02-09-2019 [11:34]
Masallı rayonunda traktorun və ekskovatorun hissələri oğurlanıb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində C.Əkbərova məxsus "Belarus” markalı traktorun və "Yuemc” markalı ekskovatorun hissələrini sökərək oğurlamaqda sübhəli bilinən Türkoba kənd sakini, əvvəllər məhkum olunmuş C.Əkbərov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 3 həyətyanı sahədən velosiped və məişət əşyaları oğurlaması da müəyyən edilib.


SON XƏBƏRLƏR