Məhəmməd Cavad Zərif sabah Moskvaya gedir - İran Rusiya ilə yeni danışıqlara başlayır

img

01-09-2019 [16:19]


Sentyabrın 2-də Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.

Qeyd olunub ki, nazirlər iki ölkə arasındakı münasibətlər, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq məsələlərini geniş müzakirə edəcəklər.

"Tərəflər beynəlxalq gündəlikdə duran məsələləri, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını, Suriya probleminin nizamlanmasını, Fars körfəzindəki, o cümlədən Yəmən və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR