1000 manatdan ödləri çıxarılan insanlar, yaxud bir quzuya su satan məmurlar...

img

31-08-2019 [11:41]


Məhbub Zülfüqarlı

***

Diqqətli oxucu! 

Son zamanlar kim ki, bir az çəp danışdı, deyirlər ki, filankəs erməni dəyirmanına su tökür. Özü də bu sözlər iqtidar nümayəndələri müxalifətə deyir. 

Əvvəla, yaşlı nəslin dediyinə görə, ermənilərin dəyirmanı olmayıb. Birdəki bizdə yaşı 70-dən aşağı olanlar su dəyirmanını görməyiblər. Rəhmətlik uşağı su tapılır ki, erməninin dəyirmanına da töksünlər?

Camaat su tapmır ki, 3-4 sot torpaqğında ağaclarını sulasınlar, hələ məhv olub gedən torpaqlardakı pambıq sahələrini demirəm, arpa-buğdanı demirəm. 1950-ci illərdən sonra su dəyirmanları ömürlərini, məsələn, deputat Əsabil Qasımovun elektriklə işləyən "Karmen” adlı dəyirmanlarına bağışlayıb. Əgər kimsə bu tipli erməni dəyirmanlarının üyüdülən yerinə su tökürlərsə, bunun nəyi pisdir. Xəmirləri linc olacaq? 

Bir də ki, ermənilər, kimi ora buraxırlar ki, dəyirmanlarına da su töksünlər!? 

Cümlələrinizi dəyişin, indiki nəsil heç dəyirmanın nə olduğunu bilmir. And olsun Allaha ki, erməni bilsə ki, kimsə İmişlinin 26 bakteriya aşkarlanmış işmıli suyundab onun dəyirmanına bircə stəkan su tökmık istıyir, o zaman nələr olar, yaxud olmaz ki?...

Su demişkən, su İmişlidə qum-çınqıl karxana sahiblərinin dədə malı kimi taladıqları sərvəti daşıyıb, talayıb, bir qəpik də vergi verməyən sahibkarların qazdıqları calalardadır ki, onu da oliqarx deyilən bəndələr edir. Ora nəinki müxalifəti, heç vergi müfəttişlərini də buraxmırlar ki, bir stəkan götürüb 50 dərəcə istidə əl-üzlərini yusunlar. 

Bağ-baxçalarını, pay torpaqlarındakı əkinlərini suvarmaq üçün su idarə rəhbərlərinə bir toğlu (qoyun) verənlər var. İnanmırsınız, gəlin göstərim. Bakıdakı pullu İmişlililər su çəni olan maşın alıb Gəncədən, İsmayıllıdan su gətirdib, benzin kalonkalarındakı kimi sayğaclı aparat qoydurub satdırırlar. Siz Allah dəyməyin! Ataları rəhmət! İçməli suya vergi tutmazlar yəqin! Baha satmırlar, dizel yanacağından yarıbayarı ucuz satırlar.

Xəbəriniz varmı ki, Aran rayonlarında 80 % kişili-qadınlı insanların öd kisələri yoxdur! Həkimlər biri min manatdan ucdan tutma kəsib-doğrayıb, daşlar çıxarırlar! Bilirsiniz niyə? Kəlbəcərin isti suyunun yolu kəsilib. Odur ki, istər iqtidar, istərsə də müxalifət başbilənləri birləşib məqbul bildiyiniz hansı yollarlasa Qarabağı, Kəlbəcəri - o sərin bulaqları azad edin! Ki, bizim də canımız dincəlsin!

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR