Tərtərdə toy günü özünü partladan gənc: nələr baş verib?

img

30-08-2019 [17:47]


Dünən Tərtər rayonunda gənc oğlanın özünü partladaraq öldürməsi hadisəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Mia.az Publika.az-a istinadən xəbər verir ki, avqustun 29-da saat 16 radələrində Tərtər rayonun Qaradağlı inzibati ərazi vahidliyinə daxil olan Təzəkənd kəndində özünü qumbara ilə partladaraq intihar edən 1994-cü il təvəllüdlü Elmir Hüseynli subay olub.

Bildirilir ki, bir neçə gündür məzuniyyətdə olan 25 yaşlı Elmir hadisədən əvvəl sərxoş vəziyyətdə valideynləri ilə mübahisə edib.

Belə ki, qonşuluqdakı toyda yeyib-içən gənc oğlan sərxoş vəziyyətdə evə gəlib. Evdə ata-anası onu danlayıb, ona borcunun olması xatırladılıb və spirtli içki qəbul etməsi ilə bağlı tənbeh olunub. Valideynlərinin onu danlamasına əsəbiləşən gənc qumbara götürərək həyətə çıxıb və həyatdan bezdiyini, özünü öldürmək istədiyini deyib. O, ata-anasını yaxına buraxmayıb və səs-küyə qonşular yığılıb. Bu zaman qonşuluqda yaşayan və Elmirin xətrini uşaq vaxtından çox istəyən 52 yaşlı Fikrət Abbasov irəli çıxaraq onu sakitləşdirməyə çalışıb.

Bu zaman gənc oğlanın əlindəki qumbaranın alışdırıcısı açılıb və partlayış baş verib.

Nəticədə E.Hüseynli hadisə yerində vəfat edib. F.Abbasov isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisədən yarım saat sonra qonşuluqdakı toy məclisi yarımçıq dayandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR