Keçmiş komitə sədrinin qardaşı oğlu həbs edildi

30-08-2019 [17:42]
Ermənistanda sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sədri Qagik Xaçatryanın həmin komitədə işləmiş qardaşı oğlu Karen Xaçatryan həbs edilib.

"Armtimes” xəbər verir ki, müvafiq qətmanə İrəvan Ümumi Məhkəməsi tərəfindən çıxarılıb.

Bununla yanaşı, məhkəmə Milli Təhlükəsizlik Xidməti müstəntiqinin sabiq komitə sədri barəsində də həbs qətimkan tədbiri tətbiq olunması barədə müraciətini müzakirə edir.

Qeyd edək ki, Qagik və Karen Xaçatryanlar avqustun 27-də MTX əməkdaşları tərəfindən saxlanılaraq onlara qarşı külli miqdarda mənimsəmə və ya israf, vəzifəli şəxslər tərəfindən vəzifəsindən ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan sui-istifadə haqqında maddələrlə ittihamlar irəli sürülüb/Report.


SON XƏBƏRLƏR