“Avropa üçlüyü” İranın nüvə sazişi ilə bağlı müzakirələr aparıb

img

30-08-2019 [17:12]


Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin sədrliyilə İranın nüvə proqramı ilə bağlı Müştərək Əhatəli Plana (JCPOA – Joint Compherensive Plan of Action) dair Aİ + "Avropa üçlüyü”, yəni Böyük Britaniya, Fransa və Almaniya xarici işlər nazirlərinin görüşü keçirilib.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, Aİ xarici işlər nazirlərinin Helsinkidəki qeyri-rəsmi görüşü çərçivəsində keçirilən görüşdə üç adıçəkilən ölkənin xaricin işlər nazirləri Dominik Raab, Heyko Maas, Jan-İv le Drian iştirak ediblər.

Qeyd edək ki, İran hökuməti Avropa ölkələri qarşısında bu ölkəyə qarşı ABŞ sanksiyalarından yayınmaq üçün tətbiq etdikləri tədiyyə mexanizmini neft sahəsinə də şamil etmələri üçün iyulun 7-də üçüncü dəfədir 60 günlük vaxt verib. Həmin müddət sentyabrın 4-də başa çatır.

Digər xəbərlər
SON XƏBƏRLƏR