Fransada uşaqlar məktəbə üç yaşından gedəcək

30-08-2019 [14:09]
Yeni dərs ilindən etibarən Fransada məktəblər uşaqlar üçün 3 yaşından məcburi olacaq.

"Report"un Fransa bürosu xəbər verir ki, bu ilin iyul ayında qəbul edilmiş üç yaşından uşaqların məktəbə yazılmasını məcbur edən qanun sentyabrın 2-dən qüvvəyə minir.

Lakin bu yeni dərs ilində 3-6 yaş arası yalnız 26 000 yeni uşaq məktəbə gedəcək. Çünki bu vaxtadək məcburi olmasa belə 3-6 yaşlı fransalı uşaqların artıq 98 faizi məktəbə gedirdi. 


SON XƏBƏRLƏR