"Qarabağ" hücumçu ilə yolları ayırdı

30-08-2019 [14:00]
"Qarabağ" klubu futbolçusu Con Delarjla yollarını ayırıb. 

Mia.az xəbər verir ki, 29 yaşlı konqolu hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 2018-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Con Delarj əsas komanda ilə 19 oyunda meydanda olub və 3 qol vurub. Onunla 2+1 il şərti ilə sözləşmə imzalanmışdı.


SON XƏBƏRLƏR