Bakıda əcnəbiləri soyan şəxs tutuldu

30-08-2019 [11:28]
Bakıda əcnəbi vətəndaşların pulları oğurlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılıb. "İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


SON XƏBƏRLƏR