"Məqsədimizə çatdıq" - Qurban Qurbanov

29-08-2019 [23:14]

"Futbolçularımızı təbrik edirəm. Sabahkı püşkü gözləməliyik. İndi zəif rəqib yoxdur, hər bir komandanın öz oyun üslubu var. Avrokubokda tək qalmışdıq. Hamının gözü "Qarabağ"da idi. Məqsədimizə çatdıq".

Mia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Şimali İrlandiyanın "Linfild" komandasını 2:1 məğlub etdikdən sonra deyib.

O, bildirib ki, indi qrupa düşmək baxımından üzərlərində  daha çox təzyiq hiss edir:

"Çünki Çempionlar Liqasında qrupa vəsiqə qazana bilməyəndə, ən azı Avropa Liqasını gözləyirlər. Transferlərə bağlı tənqidləri normal qəbul edirik. Bu, bütün dünyada belədir. Biz daha çox yaradıcı oyunçular axtarırıq. İstənilən halda, bütün transferlərdən razıyıq. Yenə də axtarışdayıq. Son günə qədər reallaşdırmağa çalışacağıq".

Qurbanov Avropa Liqasında qrup mərhələsinin ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini də deyib.



SON XƏBƏRLƏR