BDU rektoru AXCP fəalının övladından alınan təhsil haqqını geri qaytaracaq

29-08-2019 [22:23]
Bakı Dövlət Universiteti (BDU) Əhəd Həsənovun – Qarabağ müharibəsi əlili, siyasi məhbus – Xalq Cəbhəsi Partiyasının fəalı Babək Həsənovun oğlunun təhsil haqqını qaytaracaq.

Qarabağ müharibəsinin iştirakçısı və əlilinin oğlu kimi Əhəd Həsənov pulsuz təhsil almaq hüququna malikdir. Amma ali məktəbdə ondan atasının əlilliyini sübut edən sənədlərin olmaması bəhanəsi ilə təhsil haqqı ödəməyi tələb ediblər.

Ailə bu qanunsuzluğu ictimailəşdirmək məcburiyyətində qalıb. Bundan sonra hüquq-mühafizə orqanları Babək Həsənovun axtarış zamanı müsadirə edilmiş veteran vəsiqəsini qaytarıb.

Dünən fakultənin dekan müavini ailəyə zəng edib və bu sənədləri aldıqdan sonra 10 gün ərzində pulun qaytarılacağını bildirib/Yenisabah.


SON XƏBƏRLƏR