Zelenskinin namizədi Baş nazir seçildi

29-08-2019 [19:54]
Ukrayna Ali Radası (parlament) 35 yaşlı hüquqşünas Aleksey Qonçaruku ölkənin yeni baş naziri seçib.

Mia.az xəbər verir ki, prezident Zelenski tərəfindən namizədliyi irəli sürülən A.Qonçarukun lehinə 290 səs verilib.

Qeyd edək ki, A.Qonçaruk daha əvvəl Prezident Administrasiyasının rəhbər müavini vəzifəsində çalışıb. 

Sələfi isə ötən gün iqtidara etiraz edərək, istefa verib.


SON XƏBƏRLƏR