Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

img

29-08-2019 [19:21]


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Mia.az-ın məlumatına görə, Monakoda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Püşkatma 32 komandanın iştirakı ilə keçiriləcək. Onlar 4 səbətə bölünüblər. İlk səbətdə Çempionlar Liqası və Avropa Liqasının son qalibləri, eləcə də yüksək reytinqli 6 ölkənin çempionları yer alıb. Digər 3 səbətə isə klublar reytinqlərinə əsasən bölünüblər. Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" sonuncu səbətə düşüb.

Qaydalara əsasən, 8 qrupun heç birində eyni ölkənin iki komandası yer ala bilməz.

1-ci səbət: "Liverpul" (İngiltərə, son qalib), "Çelsi" (İngiltərə, Avropa Liqasının qalibi), "Barselona" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Zenit" (Rusiya)

2-ci səbət: "Real Madrid" (İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Tottenhem" (İngiltərə), "Ayaks" (Hollandiya), "Benfika" (Portuqaliya)

3-cü səbət: "Lion" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Zaltsburq" (Avstriya), "Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Valensiya" (İspaniya), "İnter" (İtaliya), "Dinamo" (Zaqreb, Xorvatiya)

4-cü səbət: "Lokomotiv" (Moskva, Rusiya), "Genk" (Belçika), "Qalatasaray" (Türkiyə), "Leyptsiq" (Almaniya), "Slaviya" (Praqa, Çexiya), "Srvena Zvezda" (Serbiya), "Atalanta" (İtaliya), "Lill" (Fransa)

Tədbir zamanı İlin kişi və qadın futbolçusu, 2018/2019 mövsümündə Çempionlar Liqasının ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçusu da açıqlanacaq.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunları 17/18 sentyabr, 1/2 oktyabr, 22/23 oktyabr, 5/6 noyabr, 26/27 oktyabr və 10/11 dekabrda keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Digər xəbərlər
SON XƏBƏRLƏR