Xaçmazda biçilmiş taxıl sahəsində yanğın baş verib

img

29-08-2019 [18:34]


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Mia.az-a bildiriblər ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR