Rusiya ilə Avropa Şurası razılaşdı - Medvedev üzvlük haqqı borcu ilə bağlı sərəncam verdi

img

29-08-2019 [17:52]


Rusiya Avropa Şurasına 2017-2018-ci illər üçün üzvlük haqqı ödəyəcək.

Mia.az xəbər verir ki, Rusiya hökumətinin başçısı Dmitri Medvedevin imzaladığı Sərəncama əsasən, Avropa Şurasına federal büdcədən 54,7 milyon avro ödəniləcək. 2019-cu ilin üzvlük haqqı 33 milyon məbləğində artıq ödənilib.

Xatırladaq ki, 2014-cü ildə Avropa Şurasının Parlament Assambleyasında Rusiya nümayəndə heyəti səsvermə hüququndan məhrum edilmişdi. 2017-ci ildən Rusiya təşkilata üzvlük haqqının bir hissəsini ödəmirdi. Bu ilin iyununda Rusiya nümayəndə heyətinin səsvermə hüququ bərpa edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR