Tərtərdə əl qumbarası partlayıb, ölən və yaralanan var

29-08-2019 [17:35]
Tərtər rayonunda döyüş sursatı partlayıb. 

Hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, əl qumbarasının partlaması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 

Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır/Report. 


SON XƏBƏRLƏR