Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə üçün 4011 yer vakant çıxarılıb

29-08-2019 [16:26]
"Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə üçün 4011 yer vakant çıxarılıb”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O qeyd edib ki, bu günə olan məlumata görə namizədlər 4000-ə qədər vakant yerləri seçərək elektron ərizələrini təsdiq edib: "17 minə yaxın insan qeydiyyat keçsə də, ərizələrini hələ təsdiqləməyiblər”.

Nazirlik rəsmisi əlavə edib ki, sentyabr ayının 2-si və 3-ü üçün elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsinin təşkil edilməsi planlaşdırılır. Müsahibədən keçən namizədlər müddətsiz əsaslarla işə qəbul edilmiş hesab ediləcək. 

Xatırladaq ki, əlavə yerləşdirmə mərhələsi bu gün başa çatır. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə bilərlər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər/Report.


SON XƏBƏRLƏR