Gəncədə ər arvadını döyərək xəstəxanalıq edib

img

29-08-2019 [15:48]


Gəncədə ər arvadını döyərək xəstəxanalıq edib. 

Mia.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəhər sakini 40 yaşlı G.H müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, vəziyyəti orta ağır olaraq qalır. 

İlkin məlumata əsasən, insident ailədaxili münaqişə zəminində baş verib. Belə ki, ailənin qızına gələn elçilər ərlə arvad arasında fikir ayrılığı yaradıb. Nəticədə ər arvadına ağır xəsarət yetirib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR