Tolik bu dəfə marketləri hədəf aldı: “İnsafınız olsun!”

img

29-08-2019 [15:05]


Prodüsser, teleaparıcı Tarix Əliyev bu dəfə supermarketlərin satış strategiyasını tənqid edib. 

"Yeni Sabah” xəbər verir ki, verilişdə o, supermarketlərdə şirniyyatların aşağı hissəyə yığılmasından gileylənib:

"Mən supermarketlərdə hər dəfə əsəbiləşirəm. Götürürlər "Kinderi”, şirniyyatı aşağı yığırlar ki, uşaqlar növbədə dayananda əyilib götürsün. Valideyn də məcbur olub alsın. Üzqırxanı qaldırıb qoyurlar yuxarı, şirniyyatları isə aşağı. Düşünmürlər ki, bəzi valideynlərin imkanı yoxdur onu alsın. 

Hər dəfə uşağın əlindən alıb yerinə qoyanda, uşaq ağlayanda mənim ürəyim parça-parça olur. Görüm, o insafsız market işlədənlərin Allah gözünü pulla doldursun.

 Bir az insafsınız olsun! Hər şey pul deyil”.



Digər xəbərlər
SON XƏBƏRLƏR