İrandan Azərbaycana narkotik gətirəmn şəxs saxlanıldı

img

29-08-2019 [13:28]


Azərbaycan gömrükçüləri qeyri-qanuni yollarla ölkә әrazisinә gәtirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Mia.az-a verilən məlumata görə, buna Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən keçirilən tədbir nəticəsində nail olunub.

Əməliyyat tədbiri İrandan qeyri-qanuni yollarla Azərbaycanın gömrük ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin "Famil" adlı şəxs tərəfindən realizə ediləcəyi barədə daxil olan məlumat əsasında həyata keçirilib.

Salyan şosesi, Noxudlu yolunun kənarında yerləşən restoranının qarşısında keçirilən əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Yunusov Famil Şadiyar oğlu idarə etdiyi "VAZ 21154" markalı avtomobillə sözügedən əraziyə gəlib. Sonra avtomobildən enərək sellofan torbada olan narkotik vasitəni şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində həmin sellofan torbaya baxış zamanı 7 ədəd bağlamada olmaqla, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kiloqram 314 qram təşkil edən narkotik vasitə - həşiş aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR