Quba rayonunda məsciddən oğurluq edilib

29-08-2019 [12:47]
Quba rayonunda məsciddən oğurluq edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə Quba Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.


SON XƏBƏRLƏR