"Qarabağ"ın "Linfild"lə oyununa nə qədər bilet satılıb?

img

29-08-2019 [12:01]


"Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda Şimali İrlandiyanın "Linfild” komandasına qarşı keçirəcəyi oyun üçün bilet satışı davam edir.

Mia.az Ağdam təmsilçisinin rəsmi "facebook” səhifəsinə istinadən xəbər verir ki, hələlik 13 min bilet satılıb. Oyun üçün ən ucuz bilet 2 manatdır.

Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 29-də 31200 nəfər azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda "Linfild” 3:2 hesabı ilə qalib gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR