"Çinin beşinci nəsil qırıcı təyyarəsi “F-35”ə çox bənzəyir" - ABŞ-dan Pekinə yeni ittiham

img

28-08-2019 [20:27]


ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Çini öz beşinci nəsil qırıcı təyyarəsini hazırlamaq üçün ABŞ-ın "F-35” beşinci nəsil qırıcı təyyarəsinin texnologiyasını oğurlamaqda ittiham edib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Ev rəsmisi  məlumat verib.

"Hərbi texnologiyaların Çinə getməsindən narahatıq. Məsələn, Çinin beşinci nəsil qırıcı təyyarəsi "F-35”ə çox bənzəyir. Çünki elə "F-35”dir. Əslinə qalsa, onu bizdən oğurlayıblar”, - deyə o qeyd edib.

Daha əvvəl C.Bolton Rusiyanı da hipersəs silahlarını hazırlayarkən oğurladığı ABŞ texnologiyalarından yararlanmaqda ittiham etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR