"Linfild"in baş məşqçisi Bakıda: "Hesab 3:1 olsaydı, "Qarabağ" yenə favorit olacaqdı"

28-08-2019 [19:11]
"Sabah bizi çətin matç gözləyir. Hesab 3:1 olsaydı, "Qarabağ" yenə favorit olacaqdı. Bakıda ən yaxşı matçımızı keçirməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik".

Bunu Şimali İrlandiyanın "Linfild" komandasının baş məşqçisi David Hili "Qarabağ"a qarşı oynayacaqları Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından öncə mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis Şimali İrlandiya yığmasının heyətində daha əvvəl Bakıya səfər etməyin ona qismət olmadığını bildirib. 

O, Bakı və "Qarabağ" haqda da fikirlərini bölüşüb: "Bakı çox gözəl şəhərdir. Bu gün imkanımız oldu ki, qaldığımız otel ətrafında gəzək. Rəqib çox güclü kollektivdir. Evdə yaxşı statistikaları var və az uduzublar. Güclü komandaya qarşı yaxşı müdafiə olunmalıyıq. Öz adımızdan danışa bilərik. Səfər matçından qayıdandan sonra baş məşqçilər çox şeylər düşünürlər. Mərhələ keçə bilsək, bu səfər bizim üçün daha da yadda qalan olacaq. İnanıram ki, nəticə və oyundan razı qalacağam".

Hili deyib ki, 1 milyon avro pulu olsaydı, onu "Qarabağ"ın oyunçularını almaq üçün xərcləyərdi: "UEFA qaydalarına əsasən, biz pul qoyuluşu edə bilmərik. Amma rəqib komandanın futbolçularından Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu komandamda görmək istəyərdim". 

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2.

Report


SON XƏBƏRLƏR