Axtarışda olan azərbaycanlılar Rusiya və Gürcüstanda tutuldular

img

28-08-2019 [19:06]


Azərbaycanda axtarışda olan şəxslər Rusiya və Gürcüstanda saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yaxınlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) maddəsi ilə axtarışda olan 23 yaşlı Mikayıl Nəsirov Rusiya Federasiyasında tutularaq ölkəmizə ekstradisiya olunub.

RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, Cinayət Məcəlləsinin 315.2 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstan Respublikasında tutularaq ölkəmizə ekstradisiya olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR