İcra Hakimiyyətinin binasının təmirinə şok məbləğ ayrıldı - 1 milyona yaxın

28-08-2019 [18:04]
Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir edilərək yenidən qurulacaq.

"Marja” xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti bu məqsədlə elan etdiyi təkliflər sorğusuna yekun vurub. Belə ki, "Azərtranss” MMC qalib elan edilib.

"Azərtranss” 933 min 623.8 manat alaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini həyata keçirəcək.

 Gədəbəy Rayon İcra Hakimiyyəti və "Azərtranss” arasında müqavilə imzalanıb.


SON XƏBƏRLƏR