"Axtar, tap, məhv et" - Türk ordusu PKK-ya qarşı dağlarda geniş əməliyyata başladı

28-08-2019 [15:13]

Türkiyə ölkə daxilində  3 iri şəhər və ətrafında "Kıran-2" kod adı verilən antiterror əməliyyatına başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçularına qarşı "Axtar, tap, məhv et" əmri ilə hazırda  Şırnak, Mardin və Batman vilayətlərinə ümilikdə "Kıran-2"də 17 batalyon, 117 əməliyyat qrupu, 1750 şəxsi heyət cəlb olunub.

Qeyd edək ki, hərbi əməliyyatın məqsədi sözügedən vilayətlərin kənd yerlərində fəaliyyət göstərən PKK terrorçularını aşkarlamaq, zərərsizləşdirmək, onların sığınacaqların; və anbarları təsbit edərək məhv etmək, yararsız hala salmaqdır.



SON XƏBƏRLƏR