Ərdoğanın SU-57-lərlə şəxsi tanışlığının səbəbi aydınlaşır - Türkiyə Rusiyadan son model qırıcılar alır

28-08-2019 [14:12]
Rusiya Türkiyəyə beşinci nəsil "Su-57” qırıcı təyyarələri satacaq.

Mia.az Rusiya mətbuatına istinadla bildirir ki, bununla bağlı Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.

Xatırladaq ki, Ərdoğan dünən Rusiyada səfəri zamanı SU-57-lərə şəxsən baxış keçirib. Putin bu təyyarələrin üstün imkanları haqda Ərdoğanı şəxsən məlumatlandırıb.

Bundan sonra dünya mediası ABŞ-ın F-35-lərin  satışını dayandırmasına qarşılıq olaraq, Türkiyənin Rusiyadan SU-57-ləri də alacağını daha qüvvətli ehtimalla yazmağa başlayıblar.

Mia.az


SON XƏBƏRLƏR