134 yaşlı klub İngiltərə çempionatından kənarlaşdırılıb

28-08-2019 [13:00]
İngiltərə Futbol Liqası (EFL) "Beri” klubunu ölkənin səviyyəcə 3-cü liqasından kənarlaşdırıb.

"Report” xəbər verir ki, buna səbəb Beri şəhərinin eyniadlı təmsilçisinin maliyyə tələblərini yerinə yetirə bilməməsidir. 1885-ci ildə təsis edilən klubun sahibi Stiv Deylin "Beri”ni satmaq üçün son cəhdi də uğursuz olunca, qurum radikal qərar qəbul edib. Bununla da 3-cü liqada iştirakçıların sayı 23-ə düşüb.

EFL həmçinin eyni liqada çıxış edən "Bolton”a 2 həftə vaxt verib. Sponsor tapılmayacağı təqdirdə, bu klubu da "Beri”nin aqibəti gözləyir.

Qeyd edək ki, EFL sonuncu dəfə 1992-ci ildə "Meydstoun” klubunu liqadan kənarlaşdırıb.


SON XƏBƏRLƏR