Bakıda taksi soyan iki nəfər tutuldu

img

28-08-2019 [11:23]


Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə Bakı əhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edib.

O bildirib ki, avqustun 27-də saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi "KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR