Daha bir keçmiş məhkum həbs edildi

img

28-08-2019 [10:51]


Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qurupundan Mia.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat keçiriblər. 

Əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb. 

Astara şəhəri Həzi Aslanov küçəsində saxlanılan N.Muradovun əlindəki sellafon torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

 N.Muradov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Səyavuş adlı şəxsdən əldə etdiyini bildirib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR